18 oktyabr 2018 15:17
1434

Berlin Kerç faciəsi ilə bağlı başsağlığı verib

Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert “Twitter” sosial şəbəkəsində Kerç faciəsi ilə bağlı ölkənin federal kansleri Angela Merkelin adından başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Zaybert faciə ilə bağlı yazıb: “Krımda kollecə dəhşətli hücum barədə məlumat aldıq. Kansler Merkel çoxlu sayda gənclərin həlak olmasından kədərlənib. Həlak olanların ailələrinə və bütün zərərçəkənlərə dərin hüznlə başsağlığı veririk”.