19 oktyabr 2018 15:09
470

Gürcüstan pilotsuz uçuş aparatlarının istehsalını planlaşdırır

Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Elmi-Texniki Mərkəzi (ETM) pilotsuz uçuş aparatları, helikopter və təyyarələrin istehsalına başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri “Delta” ETM-ə istinadla məlumat yayıb.

Bundan başqa, mərkəzin zavod və digər istehsal müəssisələri çox funksiyalı “Didqori” zirehli avtomobillərinin müxtəlif modellərinin istehsalını da planlaşdırır. Bu kompleksə “Didqori-1” patrul, “Didqori 3” kəşfiyyat, piyada döyüş maşını “Lazika”, yaylım atəşləri üçün PC-122 raket sistemi, minaları zərərsizləşdirən buldozerlər və s. avtomobillər daxildir. Bununla yanaşı, mərkəz zirehli geyim və dəmir baş geyimlərini də istehsal edəcək.

“Delta” zavodunda yanğınsöndürən texnikanın istehsalı da nəzərdə tutulub.