19 aprel 2018 17:12
1009

Türkiyədə 160 kiloqram heroin ələ keçirilib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Adana şəhərində ağır tonnajlı yük maşınından 160,7 kiloqram heroin ələ keçirib.

AZƏRTAC xəbər verir ki, narkotik maddə yük avtomobilinin yanacaq çənindən aşkar olunub. Sürücü saxlanılıb. İstintaq aparılır.