19 aprel 2018 14:24
877

Yerevanda 17 etirazçı saxlanıldı

Yerevanda müxalifətin etiraz aksiyasında 17 nəfər saxlanılıb. Hazırda polis etirazçıları hökümət binasından uzaqlaşdırmağa çalışır.

XXX

Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları "Respublika" meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar.

Trend-in məlumatına görə, hadisə yerində olan "TASS"ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə saxlanılanların sayının artdığı bildirilir.

Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.