23 yanvar 2018 14:26
1015

Avropa Şurası maliyyə böhranı yaşayır

Avropa Şurası maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən maliyyələşmənin kəsilməsinə görə, Avropa Şurası aktivliyini azaltmaq məcburiyyətindədir.

AzVision.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Turbyorn Yaqland deyib.

Baş katib etiraf edib ki, bununla əlaqədar Avropa Şurası bir sıra layihələrini dayandıracaq, həmçinin bəzi iş ştatlarının ixtisara düşməsini gözləmək olar: “Mən təşkilatın aktivliyinə təsir etmədən xərcləri 20 milyon avro dəyərində azalda bilmərəm. Türkiyə tərəfindən ayrılan vəsaitin azaldılması bizim üçün gözlənilməz oldu və mən bu vəziyyətdən necə çıxacağımızı bilmirəm”. 

Qeyd edək ki, Avropa Şurasının illik büdcəsi 450 milyon avrodur.