22 yanvar 2018 23:59
945

Afrində 11 strateji məntəqə terrorçulardan azad edildi

Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar uğurla davam edir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" adlı əməliyyatın üçüncü günündə Afrində bir sıra strateji yerlər terrorçulardan azad edilib.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu ilə birlikdə apardığı əməliyyatlar zamanı uzun illər PKK- YPG terror təşkilatının işğalında olan Burseya dağında 10-dan çox yaraqlı zərərsizləşdirilib və nəzarət ələ keçirilib. Azad Suriya Ordusu Burseya dağında qələbəni qeyd ediblər.

Ümumilikdə isə 3 gün ərzində 11 strateji məntəqə terrorçulardan geri alınıb.