22 yanvar 2018 20:18
860

Heç kimin torpağında gözümüz yoxdur

“Bizim kürd vətəndaşlarımızla problemimiz yoxdur. Məsələ kürd koridoru da deyil. Məsələ terror koridorunun bizim tərəfimizdən yox edilməsidir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı barədə çıxışında deyib. 

Ərdoğan bildirib ki, Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur: “Bu gün təhlükəsizlik qüvvələrimiz sərhədlərimizin daxilində və xaricində yaxın tariximizin ən böyük mübarizələrindən birini həyata keçirir”.