20 yanvar 2018 19:45
1035

Nasist cəzasını çəkəcək!

Almaniyanın Lüneburq şəhərinin (Aşağı Saksoniya əyaləti) baş prokuroru azı 300 min insanın qətlində əli olan Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) keçmiş üzvü, SS unterşarfüreri Oskar Qröninqin əfv olunması haqqında ərizəni rədd edib. AZƏRTAC xəbər verir ki, bu barədə Lüneburq şəhəri prokurorluğunun nümayəndəsi məlumat verib.

“Osvensimin mühasibi” kimi tanınan 96 yaşlı müttəhim əfv olunmasını artıq Aşağı Saksoniya əyalətinin ədliyyə nazirindən xahiş edə bilər. Əyalət nazirliyinin başçısına müraciət real həbs cəzasını şərti həbs cəzası ilə əvəzləmək üçün sonuncu imkandır.

AFR Ədliyyə Məhkəməsi barəsində hələ 2015-ci ilin iyulunda çıxarılan hökmün icrasının təxirə salınmasında keçmiş esesçiyə ötən ilin dekabrında rədd cavabı verib.

SS sıralarında xidmətə könüllü daxil olan Oskar Qröninq 1942-ci ilin sentyabrından 1944-cü ilin oktyabrınadək Osvensimdə deportasiya olunmuşların qiymətli əşyalarını idarə edirmiş. O, məhbusların baqajında tapılan pulları sayır, onları çeşidləyir və Berlinə, SS idarəsinə göndərirmiş.