18 yanvar 2018 21:16
1447

Ermənistanda nazir istefa verdi

Ermənistanın enerji və təbii sərvətlər naziri Aşot Manukyan istefa ərizəsi yazıb. 

AzVision.az xəbər verir ki, nazirliyin mətbuat katibi Vasaq Tarpoşyan Aysor.am saytına açıqlamasında məlumatı təsdiqləyib.

"Nazir istefa ərizəsini təqdim edib. Buna baxmayaraq, hazırda nazir vəzifələrini icra etməkdə davam edir, - Tarpoşyan deyib.

Xatırladaq ki nazirin istefası ilə bağlı xəbərlər Yeni il bayramı ərəfəsində gündəmə gətirilmişdi. İstefa ilə bağlı rəsmi açıqlamanın bayramdan sonra elan olunacağı bildirilirdi.