NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən hörmətsizliyə görə üzr istəyib.
AZƏRTAC-ın Anadolu Agentliyinə istinadla verdiyi xəbərə görə, Y.Stoltenberq açıqlamasında bildirib ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçısı deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi vəzifəsindən uzaqlaşdırılıb. Onunla bağlı sonrakı qərarları Norveç tərəfi verməlidir.
Baş katib Türkiyəni NATO-nun mühüm tərəfdaşı kimi qiymətləndirib.