17 noyabr 2017 14:00
674

İkinci dəfə milyoner oldu

İkinci dəfə milyoner olmaq kanadalı təqaüdçüyə nəsib olub. Kanadanın Kvebeka şəhərinin sakini 69 Jyul Paranın ovçuluqla yanaşı, ən sevimli məşğuliyyəti şans oyunları olub. 9 il bundan qabaq o, lotoreyada 1 milyon dollar uduşun sahibi olub. İndi isə o, artıq ikinci dəfə milyona sahib olub. Belə ki, Jyul Paran 3 dollara aldığı lotoreya biletindən 1,2 milyon ABŞ dolları udub.

Milyonerin özü belə təssəvvür edə bilmir ki, nəyə görə, hər zaman əsrarəngiz uduşlar ona qismət olur. Lakin bir ehtimal var: 69 yaşlı Paran hesab edir ki, o xoşbəxt ulduz altında dünyaya göz açıb. Başqa heç cür Paran onunla baş verən maliyyə metamarfozuna açıqlama gətirə bilmir.

69 yaşlı kanadalı lotoreyada udduğu pulları hara xərcləyəcəyini artıq planlaşdırıb.

Könül Əliyeva, “İki sahil”