16 noyabr 2017 19:07
683

Avropa “daha ədalətli” olmağa başlayır

Almaniyanın Bertelsman Fondunun dərc etdiyi yeni tədqiqatın nəticələrinə görə, Avropa İttifaqında sosial ədalət səviyyəsi yüksəlir. Tədqiqatçılar “sosial ədalət” deyəndə vətəndaşların təhsil, tibbi xidmət və işə düzəlmək üzrə bərabər imkanlarını, habelə “sosial statusdan asılı olmayaraq hər kəsin öz bacarığını tətbiq etmək imkanı”nı nəzərdə tuturlar.

AZƏRTAC xəbər verir ki, tədqiqatda ən az sosial qeyri-bərabərliyin Avropa İttifaqının şimal ölkələrində - Danimarka, İsveç və Finlandiyada olduğu bildirilir. Bu ölkələr 1-dən 10-dək şkalada yeddidən yuxarıda yerləşir. Ən pis vəziyyət Rumıniya və Yunanıstandadır – onların göstəricisi dörd bənddən azdır. Almaniya 6,7 bənd toplayıb.

Avropada sosial ədalətlə bağlı vəziyyət iqtisadi artım nəticəsində yaxşılaşır. Bertelsman Fondunun məlumatına görə, 2016-cı ildə, demək olar, işsizliyin səviyyəsi azalıb. Hazırda işsizlik Avropada orta hesabla 8,7 faiz təşkil edir. 2015-ci ildə isə işsizlik 9,4 faiz olub.

Lakin tədqiqatçılar Aİ-nin ayrı-ayrı ölkələrində məşğulluq səviyyəsində böyük fərq olduğunu qeyd edirlər. Belə ki, 2016-cı ildə Almaniyada işsizlik səviyyəsi 4,2 faiz, Yunanıstanda isə 23,7 faiz olub.