16 aprel 2018 14:16
821

Barselonada təxminən 350 min insan aksiya keçirib

Barselonada təxminən 350 minə yaxın insan həbsxanadakı tərəfdarlarının azad olunması üçün aksiya keçirib.

AZƏRTAC euronews.com saytına istinadla xəbər verir ki, nümayişçilər Madrid rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.

Aksiyada Respublika Müdafiə komitələrinin üzvləri də iştirak ediblər. Almaniyada həbs olunan və şərti cəza ilə azad edilən keçmiş Kataloniya lideri Karles Puigdemont üçün İspaniyanın Ali Məhkəməsi 25 il həbs cəzası istəyir.

Qeyd edək ki, Kataloniya Milli Məclisinin keçmiş sədri Jordi Sanchez də altı ildir həbsxanadadır.