21 sentyabr 2017 18:07
369

Kataloniyada kütləvi aksiyalar keçirilir

Kataloniyanın müstəqilliyinin tərəfdarları xalqı küçələrə çıxaraq İspaniya hökumətinə qarşı etirazlara səsləyiblər.

Kataloniyada fəaliyyət göstərən iki ən böyük təşkilat – Kataloniya Milli Assambleyası və “Omnium Cultural” cəmiyyəti bununla əlaqədar vətəndaşlara müraciət yayıblar. Onlar sosial şəbəkələr vasitəsilə insanları Barselonada keçiriləcək mitinqlərdə fəal iştirak etməyə çağırıblar. İnsanlar bu çağırışlara dərhal reaksiya verərək aksiyalara qoşulmağa başlayıblar.

“Omnium Cultural” cəmiyyətinin sədri Jordi Kuşiar İspaniya hökumətini katalonlara qarşı müharibə elan etməkdə ittiham edib.

Kütləvi aksiyalar dinc şəraitdə, polislə qarşıdurma hallarına yol verilmədən keçirilir.