16 noyabr 2017 20:36
962

Dariqa Nazarbayeva yeni vəzifəyə təyin olundu

Qazaxıstan Senatının deputatı Dariqa Nazarbayeva Xarici İşlər Nazirliyində İctimai Şuranın fəaliyyət məsələləri üzrə sədri vəzifəsinə seçilib.

AZƏRTAC xəbər verir ki, Dariqa Nazarbayeva Qazaxıstanda diplomatik xidmətin inkişafına verdiyi töhfəyə görə yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Dariqa Nazarbayeva ölkə Senatının (Yuxarı Palata) deputatı təyin edilmişdi.