16 noyabr 2017 21:48
725

Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən “Suriya” sammitində iştirak edəcək

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan doqquz gün aradan sonra Soçi şəhərində Rusiyanın dövlət başçısı Vladimir Putinlə yenidən görüşəcək.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə, Rusiya və İranın iştirakı ilə noyabrın 22-də keçiriləcək toplantıda Suriyadakı hadisələr və bölgədəki son vəziyyət müzakirə ediləcək.

Tədbirdə İran Prezidenti Həsən Ruhaninin də iştirakı gözlənilir.