17 aprel 2018 13:59
1068

Aleksandr Şerin: Ərdoğanın taktikasından istifadə etməsək...

Rusiya parlamentinin alt qanadının millət vəkili, Müdafiə Komissiyasının üzvü Aleksandr Şerin maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, rusiyalı millət vəkili milli maraqların qorunması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mübarizəsini örnək almağın lazım olduğunu bildirib.

Canlı yayımda açıqlamalar verən A.Şerin ABŞ-ın Rusiyanı hədəf aldığını qeyd edib:

“Sanksiyalarla ən yaxşı şəkildə mübarizə aparmaq üçün öz iqtisadiyyatımızı və pulumuzu gücləndirmək lazımdır. Bəzi ölkələr Rusiyanı ticari müttəfiq kimi itirmək istəmir. Amerika sillə vurmaq üçün 2 ölkəni düşünürdü: Suriya və Şimali Koreya. Və ABŞ Rusiyanın bazalarının olduğu Suriyanı seçdi.

Bu ölkənin sanksiyaları daha da artacaq. Əgər Ərdoğan kimi mübarizə aparmasaq, ABŞ-ı kənarlaşdırmaq çətin olacaq. Ərdoğan çevriliş cəhdi edənlərə qarşı sərt şəkildə mübarizə aparır. Maraqlarımızı qoruya bilmək üçün Ərdoğanı örnək bilməyimiz lazımdır. Əgər biz də ABŞ və onun müttəfiqlərinə qarşı belə mübarizə apararsaq, Vaşinqton sakitləşəcək”.