21 may 2018 22:17
839

AKP 149 deputatı təkrar namizəd göstərməyib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan 167 nəfəri hazırda deputat olan şəxsdir. 

Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib.