07 avqust 2018 01:25
1155

Ən məşhur aşpaz vəfat etdi

İsveçrədə məşhur fransız aşpaz, 73 yaşlı Joel Robüşon vəfat edib.

Milli.Az bildirir ki, 1989-cu ildə Robüşona "Əsrin aşpazı" titulu verilmişdi.

Bundan savayı o, restoranlar şəbəkəsinə görə "Mishelin" bələdçi xidmətinin maksimal sayda ulduzlarını almışdı.

15 yaşında mətbəxdə işləməyə başlamış Joel Robüşon 28 yaşında ilk restoranını açmışdı.