Hindistanın tanınmış aktrisalarından olan Sara Xanı sosial şəbəkələrdə ölümlə hədələyirlər. Onun telefonuna son günlərdə çoxlu zənglər olunur və zəng vuranlar da aktrisanı ölümlə hədələyirlər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb 29 yaşlı müsəlman aktrisanın İnstagram-da paylaşdığı fotolardır.
Tənqidçilər Saranı "yarıçılpaq və lüt fotolar paylaşaraq müsəlman qadının adını ləkələdiyini" vurğulayırlar.
Sara Xan Hindistanın Qoa bölgəsində və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istirahətdə olarkən çəkilmiş fotolarını İnstagram-dakı profilində paylaşmışdı.