14 avqust 2018 23:59
1177

Ağcaqanadlardan necə qorunmalı?

Avstraliyadakı Melburn Universitetinin alimləri maraqlı eksperiment aparıblar. Könüllülərdən birinin üzərinə xırda dəlikli tənzif salınıb və onun olduğu otağa minlərlə ağcaqanad buraxılıb.

Milli.Az bildirir ki, ağcaqanadlar parçanın saplarının arasından xortumlarını dəriyə çatdıraraq qanı sormaq istəyiblər.

Avstraliyalı alimlərin dediklərinə görə, ağcaqanadlardan qorunmağın ən effektiv vasitəsi repellentlərdir. Reklam edilən ultrasəs qurğuları, qolbaqlar, mazlar və s. isə heç bir effekti olmayan nəsnələrdir.