06 oktyabr 2018 01:55
2909

"Romantik kişi" kimi məşhurlaşdı, arvadbaz çıxdı

Taylandın cənubunda mağarada məskunlaşmış 48 yaşlı Cefatum Losiri Facebook-da "The Cave Man" ("Mağara adamı") kimi tanınır.

O, mağara yaşamından, tərki-dünya həyatından yazır, fotolarını paylaşır.

Milli.Az bildirir ki, Losiri "romantik kişi" kimi məşhurlaşıb, çünki o, rastlaşdığı turist xanımlara eşq elan edir, onların gözəlliyinə heyran qaldığını deyir.

Ko-Panqan adasındakı mağarada yaşayan Losirinin növbəti qonağı rusiyalı turist olub. 26 yaşlı qadın Losiri ilə mağaraya yollanıb.

Losiri də Rusiya vətəndaşı olan bu qadınla tanışlığından yazıb: "Bu gün motosikldə mağarama qayıdanda yolun kənarı ilə əks istiqamətə gedən gözəl, yaraşıqlı qadını gördüm. Ona dedim: "Siz məni yoldan saxladınız. Evə gedirdim, lakin gözəlliyiniz səbəbindən geri döndüm. Sizinlə mütləq söhbət etməli, tək zahirən yox, həm də batinən gözəl olduğunuzu anlamalıyam".

Losiri bu qadınla hətta öpüşmədiyini də yazıb.

Taylandlı "Mağara adam"ın paylaşımını minlərlə sosial şəbəkə istifadəçisi "əsl romantika" sayıb, onun özünü isə "romantik kişi" adlandırıblar.

Lakin ertəsi gün Losiri yatağında uzanmış çılpaq qadının fotosunu paylaşıb. O, sərt tənqidə məruz qalandan sonra fotonu silib və "Fotodakı rus turist qadın yox, başqa məşuqəmdir" yazıb.

Bəlli olub ki, Cefatum Losirinin "mağara həyatı", əslində, səhnələşdirilmiş perfomansdır və o, mağaradakı macəralarından bəhs etməklə qadın "ov"layır.

İndi o, adada "əxlaqsız adam" kimi tanınır.