10 oktyabr 2018 14:28
2675

İnsan beyni üçün hansı məşqlər lazımdır?

İnsan beyninin müxtəlif məşqlərə ehtiyacı var. Əgər bir insan bu məşqlərdən tez-tez istifadə edirsə o insanın əqli daha da inkişaf etmiş olur. Yox, əgər siz az hallarda beyninizi işə salırsınızsa o zaman sizin fikirləşmək və yadda saxlamaq qabiliyyətiniz günü-gündən pisləşəcək.

Bəs insan daha da ağıllı olmaq üçün nələr etməlidir? Bu gün beş sadə üsuldan söhbət açacağıq.

Dərrakəli insan olmaq üçün birinci növbədə televizora az baxmaq lazımdır. İnsanlar yemək yeməyi belə televizor qarşısında xoşlayırlar. Məsələ burasındadır ki, televizor sizin intellektual  səviyyənizin artmasına, sizin inkişaf etməyinizə imkan vermir.

Bundan başqa,  televizor insanların şüuraltı dərrakəsinə güclü təsir göstərir. Məşhur marketoloqlardan biri söyləmişdir: “Bir insanın qarşısında 1000 dəfə bir fikri təkrarlasanız o  buna inanacaqdır”.

İş burasındadır ki, insanın gözləri dördkünc qutuya saatlarla baxdıqdan sonra çox yorulur və nəticədə hansısa bir maraqlı kitabı oxumağa enerjisi çatmır.

Özünüzü sakit hiss edərkən rahatlayın və beyin üçün xeyirli bir kitab oxumağa çalışın. Lakin sizdə heç nə alınmır? O zaman yaxşı bir musiqiyə qulaq asın. Ailəniz və dostlarınızla birlikdə olduğunuz zaman televizoru söndürün, onlarla söhbət edin. Bu cür üsul sizin özünüzə və beyninizin inkişafına müsbət təsir göstərəcək.

Daha bir üsul çoxlu hərəkət etməkdir. Bir çoxları düşünür ki, fiziki məşqlər etmək yerinə kompyuter arxasında və ya kitab oxumaqla daha çox öyrənə bilərlər. Lakin fiziki məşqlər müxtəlif növ materialların mənimsənilməsini yaxşılaşdırır. Belə ki, fiziki aktivlik insanı fikirlərdən azad edir, əvəzində isə əqli dalğalar  və rezonans enerji yaradır.  Məşqdən sonra siz özünüzü gümrah hiss edəcəksiniz və lazım olan materialı yaxşı mənimsəyəcəksiniz.

Müxtəlif növ stimullaşdırıcı kitablar oxumaq lazımdır. Bir çoxları çox məşhur və ağır sujetli kitabları oxumağı sevir. Belə kitablar oxucunun bütün fikrini özündə cəmləşdirir, lakin biliyin artmasına təsir etmir. Ümumilikdə bu “yaxşı” kitablar əqli səviyyənin artmasına heç bir təsir göstərmir. Əgər siz düşünmə qabiliyyətinizi, zehni bacarığınızı yaxşılaşdırmaq istəyirsinizsə, o zaman başqa məzmunlu kitablara üstünlük verməlisiniz. İntellekt səviyyənizi artırmaq üçün daha çox klassik, elmi, tarixi ədəbiyyata müraciət etsəniz yaxşı olar. Bu tərzdə kitabları oxumağa başladığınız andan sizi ancaq süjet xətti cəlb edəcək, beyniniz lazımsız informasiya ilə yüklənməyəcək. İnanın, yeni nələrisə  araşdırmaq daha maraqlı və xeyirli olacaq.

Az yatmaq da üsullardan biridir. Təmiz beyin üçün yaxşı yuxu önəmlidir. Əgər gecəni narahat yatmısınızsa, o zaman gün sizin üçün əyləncəli olmayacaq. Yuxu yatmaq norması 8 saatdır. Kimdə bu az, kimdə isə bu  çoxdur. Lakin eyni vaxtda yatıb eyni vaxtda da durmaq lazımdır. Bəzi alimlərin fikirlərinə görə, eyni vaxtda yatıb, eyni vaxtda oyanmaq əqli fəaliyyətin işini maksimal səviyyədə yaxşılaşdıracaq.

Bundan başqa, gün ortasında oxumağı dayandıraraq fasilə verib 10-30 dəqiqə yatmaq məsləhətdir. Lakin çox yatmaq olmaz. Bu, yorğunluğa səbəb ola bilər. Az müddətli yuxu sizi gümrah edəcək, zehni inkişafınıza müsbət təsir göstərəcək. 

Həyatımız çox narahat və sürətlidir. Bir müddət tək qalmaq sizə fikirlərinizdə sahmanlıq yaratmaq imkanı verəcək. Təbii ki, tək qalmaq ayağınızı ayağınızın üzərinə qoyub evdə bekar oturmaq demək deyil. Məsələn, təbiətin qoynunda tək gəzmək, heç bir şey haqqında düşünməmək, sadəcə təbiətin gözəlliyindən feyziyab olmaq və s.

 Yuxarıda sadaladıqlarımız sadə, lakin çox effektli fikirlərdir. Məsələ burasındadır ki, hər kəs verilən məsləhətlərə əməl edə bilməz, çünki bunun üçün iradə lazımdır. Lakin siz bütün bu sadalananlara əməl etsəniz həm əqli inkişafı, həm də zehni inkişafı dəstəkləmiş olacaqsınız.

Könül Əliyeva, “İki sahil”