10 oktyabr 2018 23:39
5135

Ətriyyat haqqında maraqlı məlumatlar

Ətir qadınlar bağışlanan ən məhşur hədiyyə növüdür. Əgər siz kimi isə yeni ətir ilə sevindirmək istəyirsinizsə bir neçə maraqlı faktlara nəzər yetirməyiniz lazımdır.

Bu nəyə görə lazımdır? Bunu bilmək ona görə lazımdır ki, sizə yaxın bir adama ətir hədiyyə etdiyiniz zaman həmin insan sizin ətriyyat aləmində nə qədər geniş məlumata sahib olduğunuzu bilib heyran qalsın.

1. Ətirlərin yaranması qadınların hamama getmək adət - ənənəsi dövrünə rast gəlir. Belə ki, hamama gedən qadınlar ətirli duzlardan istifadə edərdilər və sonra yaxşı par qəbul edərdilər. Belə etdikdə xoşagələn ətir bir neçə saat onların üzərində qalardı.

2. Ətirin məkanı Fransadır. Hətta “Yeni Şəfəq” ətriyyat fabrikinin əsası  1864 - cü ildə fransız ətriyyatçı Qenrix Brokarom tərəfindən qoyulmuşdu.

3. Məhşur “Şipr” Fransua Kotinin hazırladığı  “Chypre Coty” fransız ətrinin Sovet versiyasıdır. Ətirin içərisində berqamut, səndəl agacı, büxur (ətirli qətran) və paçuli (dodaqçiçəklilər fəsiləsindən tropik bitki) bitkilərindən istifadə olunmuşdu.

4. İlk və yeganə ətir qoruxu hesab edilən “ Osmoteka”, 1990 - cı ildə Versalda yaradılmışdı. Muzeyin içərisində 1800 ətir və 170 çətin az öyrənilmiş ətir düsturu var.

5. Klassik fransız ətirləri triada prinsipinə əsaslanır: “ başlanğıc not”, “ürəyin notu” və “son not”. Yəni ətir yaşayır, dəyişir və bir neçə saata açılır.

6. Ətirlərin mənimsənilməsi ilə məşğul olan elmə “olfaktimetriya” deyilir.

7. Yeni doğulmuş körpələrin demək olar ki, hamısı 100% qoxu bilmə qabiliyyətinə sahib olurlar. Lakin ömürlərinin birinci ilində bu qabiliyyətin 40 - 50 % - ni itirmiş olurlar.

8. Bəzi qoxuların seçimində 1000 neyron iştirak edə bilir.

9. Kişilərə nisbətən qadınlar daha çox ətiri hiss  etmək və müəyyən etmək qabiliyyətinə malikdirlər.

10. Statistikaya görə, ətir qoxusundan başqa qadınları daha çox kofe qoxusu cəlb edir. Kişiləri isə daha çox yemək qoxusu cəlb edir!

11. Hesab olunur ki, Amerika ətriyyat stili daha çox işgüzar xanımlara aid olunur, fransız ətirləri isə daha çox kübar xanımlara xas olur. Bu ölkələrdə ətir istehsal edən texnologiyalar sözün həqiqi mənasında müxtəlifdirlər. Fransız ətrilərinin qoxusu 4 - 6 saat ərzində üç etapa açılır, amerikan ətirləri isə dərhal öz tünd ətrini bildirir.

12. Əsl ətir ətir spirtindən və ətirli yağlardan ibarət olur. Ətirin qoxusu və qiyməti onların məhz kəmiyyətindən, ahəngindən və konsentrasiyasından asılı olur. Məsələn, “Chanel №5 80 ətirli komponentdən ibarətdir. Ətir ölçüsünə görə bu, həddindən artıq çox komponent deməkdir.

13. Harvarddan olan Şeref Mansi və avstraliyalı ətriyyatçı Lyusi MakRey yeməli ətirli kapsulalar icad ediblər. Hansı ki, bu kapsulaları qəbul etdikdə insan bədənindən xoşagələn ətir ifraz olunacaq. Düzdür, “yeməli ətirlər” satışa  çıxarılmayıb, hələlik kliniki testlərdən keçirilir.