12 oktyabr 2018 23:42
2773

Gözəl, xudmani ada satılır

Avstraliyanın sahilləri yaxınlığında, Böyük Sədd rifində yerləşən kiçik Viktor adası 3,3 milyon dollara satışa çıxarılıb.

Milli.Az bildirir ki, Mərcan dənizindəki bu adanın sahəsi 7,3 hektardır. Avstraliyadan 1 km aralıda yerləşən adada çimərlik kotteci var.

Kotec 4 yataq otağı, qonaq otağı, 2 vanna otağından ibarətdir.

Adadan şimalda Makay, cənubda isə Sarina şəhəri var.

Materikdən adaya helikopterlə 8, qayıqla 15 dəqiqə getmək olar.