15 may 2018 00:21
1127

İnsan Ayda məhz bu səbəbə görə ölə bilər

Ayda yaşayış haqqındakı fikirlər alt-üst olub. uzun müddət qalmaq insanın sağlamlığı üçün zərərlidir.

"Ölkə.Az" xarici mediaya xəbər verir ki, NASA-nın yaydığı məlumatda bildirilir ki, uzun müddət Ayda qalmaq sağlamlığa zərərlidir. Belə ki, Aydakı toz insanın DNT-sinin dəyişməsinə səbəb ola bilər. Bu toz həmçinin xərçəng hüceyrələrinin inkişafını da sürətləndirir.

Bundan əvvəl ABŞ-ın "Apollon" missiyasını həyata keçirən kosmonavtlar gəminin içinə toz düşməsindən sonra tez-tez asqırdıqlarını və gözlərində problem yarandığını bildiriblər.

Alimlər insan hüceyrələrinin üzərinə Ay tozu tökərək müşahidə aparıblar. Nəticələrə görə, hüceyrələr tozun təsiri nəticəsində dəyişib. Ona görə də toz canlı orqanizm üçün çox təhlükəlidir. O, orqanizmi ya məhv edir, ya da dəyişdirir.