10 may 2018 18:10
1217

Qeyri-adi qarət: Həyətdən qazon oğurlandı

ABŞ-da qeyri-adi oğurluq hadisəsi baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Sue Scorer adlı qadının həyətindən güllər, dibçəklər, hətta qazonlar da oğurlanıb. O bildirib ki, çəmənliyin üzərinə bəzək üçün qoyduqları uşaq oyuncaqları da bir gecənin içində yoxa çıxıb.

Qadın məsələ ilə bağlı polisə müraciət edib və bu barədə sosial şəbəkədə status yazıb.