08 may 2018 14:58
4754

İkinci Dünya müharibəsi ilə bağlı bilmədiklərimiz

Müharibə- hər iki tərəf üçün itkili və dəhşətli bir hadisədir. İkinci Dünya müharibəsindən illər ötsə də, bu müharibə bir çox ölkələrdə öz izini qoyub və milyonlarla insanın həyatı bahasına başa gəlib. İkinci Dünya müharibəsi haqqında çoxsaylı filmlər çəkilib, kitablar yazılıb. Aşağıda dəhşətli müharibə haqqında dərsliklərdə, kitablarda rastlamadığınız bəzi maraqlı faktlarla tanış ola bilərsiniz:

Alman əsgərləri minalardan tələlər qururdular və üzərini sənət əsəri kimi bəzəyirdilər. Lakin bu əsərlər o qədər səriştəsiz alınmışdı ki, qısa bir zamanda onların bu sirrinin üstü açıldı və minalar zərərsizləşdirildi.

Almanların müharibə dövründə ayrılmaz bir atributu olan svastikanın tarixi sən demə, qədim imiş. Qədim mədəniyyətlərdə svastika dini bir simvol idi və məhsuldarlığı, uğuru simvolizə edirdi.

İkinci Dünya müharibəsi zamanı sualtı əməliyyatlarda 40 min əsgər iştirak etmiş, onlardan yalnız 10 mini sağ qalmışdı.

Yəhudilərin və qaraçı xalqının əksəriyyəti müharibə dövründə qorxunc işgəncələrə məruz qalıblar. Həkimlər onların üzərində təcrübə adı ilə dəhşətli əməliyyatlar həyata keçirirdilər. Məsələn, kəllənin nə qədər möhkəm olduğunu anlamaq üçün başlarına çəkiclə döyürdülər. Orqanizmlərini narkotik və infeksiyalara yoluxdururdular. Bir professor öz eksperimentləri üçün 3000 əkizdən istifadə etdi, onlardan yalnız 200-ü sağ qalmışdı. Bu, onlara verilən zülmün yalnız bir hissəsidir.

Almanlar Parisi tutsalar da, Eyfel qülləsinə qalxmaq Hitlerə nəsib olmamışdı. Fransızlar bilərəkdən lifti xarab etmişdilər, ayaqla qalxmağa isə Hitler razı olmamışdı.

Yevgeni Lozovski adlı şəxs və onun həmkarları Holokost zamanı 8 min yəhudinin həyatını xilas etmişdilər. Onlar hiyləgərlik edərək, tif epidemiyasının vahidini bilərəkdən şəhərə yaydılar. Alman əsgərləri yoluxma qorxusundan şəhərə girə bilmədilər.

Hitler Moskvanı tamamilə işğal etmək, bütün sakinlərini öldürmək və yerində vahid su anbarı yaratmaq niyyətində idi.

Yaponlar müharibə zamanı 9 min hava ilə doldurulmuş gəmi hazırlamışdılar. Bu gəmilər kağız və ipəkdən düzəldilmişdi. Onların məqsədi ABŞ-a partladıcı bombalar göndərmək idi. Təxminən min hava şarı Miçiqan ştatına çatmışdı. Nəticədə altı amerikalı həlak oldu. Onlar dəniz kənarında istirahət edən sadə insanlar idilər.

Müharibə zamanı azyaşlı uşaqları çirkli qazlardan qorumaq üçün xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş skafandrlar hazırlanmışdı.

İkinci Dünya müharibəsi miqyasına görə dünyada ən böyük müharibə hesab olunur. Altı il davam edib, 61 dövləti əhatə edib, dünya əhalisinin 73%-dən artığı bu və ya digər formada müharibədə iştirak etmişdir.

Bu müharibədə öldürülən ilk alman əsgərinin qatili yapon, ilk amerikalı əsgərin qatili isə rus əsgəri olmuşdur.

İkinci Dünya müharibəsi böyük itkilərə və dağıntılara səbəb oldu. Sovet İttifaqında 27 milyon insan həlak oldu, 18 milyon əsgər yaralandı, çoxlu insanlar xəstəliyə düçar oldu, əlil qaldı. Ölkələrdə əmək qabiliyyətli insanların sayı nəzərə çarpacaq dərəcədə azalmışdı. Demək olar ki, hər bir Sovet ailəsi itki vermişdi. Müharibə neçə-neçə şikəst, xəstə, yetim, dul insanlar qoydu.

Nubar Süleymanova, “İki sahil”