07 may 2018 23:27
997

22 ildir qumdan sarayda yaşayır

Braziliyada yaşayan 44 yaşlı Marsio Matolias qeyri-adi ev tikib.

O, ömrünün çox hissəsini dəniz kənarında yaşayıb.

Özünə dəniz sahilində ev ala bilməyən Marsio qumdan saray tikmək qərarına gəlib.

İnsanlar onu “çimərlik kralı” adlandırırlar. Onun hətta taxtı və tacı da var.

“Mən kommunal xidmət ödənişləri etmirəm. Kirayə pulu da vermirəm. Qum istini saxlayır. Bəzən gecələr dostumgildə qalıram. Lakin dəniz kənarında yatmağı sevirəm”, - deyə Marsio bildirib.