08 may 2018 01:10
1676

Alov, qapılar, dərin çuxur

Ölümdən sonra həyat varmı? Hələ də bu suala cavab tapmaq mümkün deyil. Amma elə insanlar var ki, ölümdən sonra baş verənləri latergiya yuxusundan ayıldıqdan sonra danışıblar.

“Ölkə.Az” bu gün cəhənnəmi gördüklərini iddia edən 5 nəfərin hekayəsini anlatacaq.

1.Dəhşətli çuxur

1992-ci ildə 28 yaşlı Metyü Botsford Atlant şəhərində restoranın yanında dayanıbmış. Qəflətən iki güllə səsi eşidilir. Güllələrdən biri onun başına dəyir və Metyü huşunu itirir. Sünki komaya düşən yaralı 27 gündən sonra özünə gəlir. Komada gördüyü dəhşətlər onun geri qayıtmasına səbəb olub.
Metyü bildirir ki, nəhəng çuxurun ətrafında əli-qolu qandallı vəziyyətdə ayılıb. Çuxurda vulkan lavası olub. Aşağı baxanda ora-bura hərəkət edən insan fiqurları görüb. Burada özünü tənha və köməksiz hiss edəndə əməlli-başlı qorxuya düşüb. Metyü işgəncədən əzab çəkənlərin səsini eşitsə də, heç kəsi görməyib. Zaman-zaman iblislər və şər qüvvələr ona baş çəkiblər. Onlar onun ətini kəsirmişlər. Ət sonra yenidən yaranırmış və iblislər yenə də gəlirmişlər. Bu, sonsuz işgəncə idi. Amma bir dəfə divardan uzanan nəhəng əl Metyünü buradan çıxarır. Komadan ayılmadan əvvəl Metyü “Sənin vaxtın deyil” sözünü eşidib.

2.Cəhənnəm qapıları

Kliniki ölüm keçirənlərin heç biri Cənnəti görməyiblər. Cənnətin qızıl qapılarından fərqli olaraq Cəhənnəmin qapıları şər və dəhşət atmosferi ilə əhatə olunub. Ölüm keçirənlər bildirirlər ki, qapılara yaxınlaşdıqca isti artır. Qapının qarşısında isə dərinin yandığını hiss edirsən. Qapılar açıldıqdan sonra sonsuz işgəncələr başlayır.

3.Məhşərə dəvət

Hovard Storm nə vaxtsa ateist olub. Amma mədə xorası səbəbindən yaranan koma onun həyata baxışını dəyişib. Hovard xəstəxanaya yerləşdirildikdən sonra ayılır və sual vermək istəyir. Amma görür ki, heç kəs onu eşitmir. Hovard üzərinə gələn insanı saxlamaq istəsə də, şəxs onun ortasından keçib gedir. Artıq o, öldüyünü və ruha çevrildiyini anlayır.

Hovard qapı ağzında dayanan bir qrup insanı görüb. O, nə etmək lazım olduğunu bilmədiyi üçün bu qrupa qoşulur. Sonradan o, sıx dumanla örtülü başqa dünyaya düşür.

Hovard arxaya baxır, xəstəxana və palata getdikcə gözdən itirdi. Yola davam etdikcə duman daha da qatılaşırdı. Yanında gedənlər tezliklə heyvana çevrildilər və onu dəhliz boyu hərəkət etməyə məcbur etdilər. Onu dişləyib ətini qoparmağa, yeməyə başladılar. O, bu məxluqlara mane olmağa çalışıb. Birdən Hovard beynində bir səs eşidir. Bu səs ona dua etməyi əmr edir. Hovard dua oxumağa başlayanda məxluqlar yoxa çıxıb. Sonradan o, özünü xəstəxana çarpayısında görüb.

4.Müharibədən də dəhşətli

Corc Riçi də Cəhənnəmə səfər edənlərdəndir. 1978-ci ildə onun “Sabahdan geri qayıdış” kitabı çap edilib. İkinci dünya müharibəsində güllə yarası alan Corc Virciniya ştatındakı hərbi xəstəxanaya göndərilir. Burada onu ölü elan edirlər.

Dəniz piyadası xatırlayır ki, onun ruhu bədənini tərk edir və şəhərdə gəzir. Bu zaman baş verən qəribə hadisə onu başqa dünyaya aparır. Sirli məxluq ona insanların və ruhların olduğu müxtəlif yerləri göstərir. Səhnələrin birində insanlar siqaret çəkir və içki içirlər. Sonra isə mənzərə dəyişir və dəhşətli olur. Səhnələrin birində isə nəhənglər bir-biri ilə dalaşırmışlar.

Corc yazırdı: “Diş yeri və zərbədən daha dəhşətli idi. İnsanlar nərə çəkərək bir-birinə xəsarət yetirirdilər”.

Sonradan Corc psixiatr olur və ölümdən sonrakı təcrübəyə aid kitab yazır.

5.Hər şeyi xatırlamaq

1991-ci ildə Enci Fenimor intihar etmək istəyir. Bu baş verməsə də, Enci ölümün dadını hiss edir. Özünə gələndə hiss etdiyi ilk şey həyatının lent kimi gözünün önündən keçməsidir.

Bu başa çatdıqdan sonra qadın sonsuz qaranlığa atılıb. Burada özünü tənha hiss edib. Otaqda onun qulağına “Biz özümüzə qəsd edənlərik” səsi dəyib. Enci başa düşüb ki, bu səs onun başının içində səslənib. Amma ona heç kəs cavab verməyib. Sonra onu sərsəri ruhların dolaşdığı sahəyə atıblar. Burada Enci onlarla sərbəst ünsiyyət qura bilsə də, ruhlar ətrafdakıları görməzdən gəlirlər.