05 may 2018 01:20
1596

Körpənin rahat yuxuya getməsinə kömək edən şərtlər

Bəzən analar körpənin çətin yuxuya getməsindən əziyyət çəkir və şikayətlənirlər. Belə hallarla üzləşən gənc anaların, ilk növbədə, səbirli olmaları lazımdır. Ən ağlağan körpə orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir.

AZƏRTAC xəbər verir ki, uşağı yuxuya aparan davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq sormaq, nağıla qulaq asmaq, saçları ilə və yorğanla oynamaq, yellənmək və s. daxildir. Ən əhəmiyyətli məqam odur ki, onlardan hansının uşağa rahatlıq gətirdiyini və onu yuxuya tez apardığını müəyyənləşdirə biləsən. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmağa çalışmaq, tərif və sevgi uğurun açarıdır. Oynayandan sonra uşaqların yenidən yuxuya getməsi üçün uyğun bir mühit hazırlamaq lazımdır. Qaranlıq otaq uşağın bioloji ritmi ilə uyğundur. Körpə gecə saatlarında qidalanırsa, bunu zəif işıq altında aparmaq daha yaxşıdır.

Körpə ana bətnində gurultulu bir mühitdə olur. Gecənin səssizliyi onun üçün tanış olmayan mühitdir. Səs-küy onları rahatladır və narahatedici səsləri blok edir. Otağın hərarətinin 20-22 dərəcə olması idealdır. Körpənin yatağına bağlanılmış səsli oyuncaqlar və otaqdakı bəzək əşyaları ona yuxu əvəzinə oyanmaq mesajı verir. Yatmaq vaxtı oyuncaqları yığışdırmaq lazımdır ki, körpənin diqqətini yayındırmasın. Altı aydan kiçik olan körpəni yelləyərək yatırmağın elə bir qorxusu yoxdur. Uşaq altı ayına girəndən sonra analar ona yuxuya sərbəst getməyi öyrətməlidir. Özü yuxuya getməyi öyrənən və gün ərzində kifayət qədər yatan körpə gecələr yuxudan oyanırsa, bunun tibbi səbəbləri də ola bilər. Mütəxəssislərin qənaətinə əsasən hər hansı bir səbəbdən meydana çıxan burun tıxanıqlığı yuxu nizamına mənfi təsir göstərir. Yuxudan qabaq edilən bəzi hərəkətlər beyinə yavaşlaşma və yuxuya hazırlanma mesajı verir. Nəticədə melotonin hormonu istehsal olunmağa başlayır. Ana ilə körpə arasında bağın güclənməsi də çox əhəmiyyətlidir. İlıq duş, masaj, rahatlıq gətirən musiqi, laylay demək, əmzik vermək, yatağını dəyişib bələmək də körpənin yuxuya getməsi üçün ona rahatlıq gətirir.