17 mart 2018 01:11
1176

“Bentley” yolsuzluq avtomobilini təqdim etdi

“Classic Yountimer Consultancy” şirkəti eksklüziv avtomobillərin satışı üzrə ixtisaslaşıb.

“Ölkə.Az” xəbər verir ki, şirkət Britaniya istehsalı olan “Bentley Continental GT” idman üslublu kupenin yolsuzluq versiyasını hazırlayıb.

Donor olaraq 85 min km yürüşü olan 2004-cü il istehsalı maşından istifadə edilib. Proses vaxtı avtomobil yeni asmalıq, klirens və bir sıra yeni detallarla təchiz edilib.

İnteryerdə təbii dəridən istifadə edilib.

Kapotun altına 6 litr həcmli, 12 silindrli mühərrik yerləşdirilib. Aqreqat 560 at gücü hasil edir. Maşının maksimal sürəti 318 km/saatdır.