16 mart 2018 01:22
1087

500 km/saat sürətlə hərəkət edən hiperkar

Hiperkar seqmentinə yeni avtomobil qoşulub.

Cenevrə sərgisində təqdim edilən “Corbellati Missile” Kanar adalarında istehsal edilir. Avtomobilin adı ingilis dilindən raket kimi tərcümə edilir.

Şirkət ailə biznesi ilə məşğul olan kompaniyaya məxsusdur. Ailənin başçısı əvvəllər San-Remoda zərgərlik biznesi ilə məşğul olub. Kanar adalarına köçəndən sonra isə, şirkəti çoxşaxəli edib.

500 km/saat sürətlə hərəkət edən superkar layihəsi əvvəlcə zarafat kimi görünürdü. Amma sonradan ailənin oğlu Demetrio və qardaşı Akille işə başladılar.

Yeni model 1960-cı illərin idman üslublu maşınları stilində istehsal edilib. Kapotun altına 9 litr həcmli, V8 tipli “Mercury Racing” qayıq mühərriki yerləşdirilib. Mühərrik 6 pilləli mexaniki sürətlər qutusu ilə işləyir. Aqreqat 1800 at gücü hasil edir.