16 mart 2018 00:23
1212

“Versace” natural xəzdən imtina etdi

Dünyaca məhşur italyan moda evi “Versace” nin rəhbəri Donatella Versace  qərarını açıqlayıb. Belə ki, o, aksessuar və geyim  kolleksiyasında natural xəzdən istifadə etməyəcəyini bildirib.

Versace qeyd edib ki, artıq natural xəz almaq prosesində iştirak etməyəcək. “ Mən yeni moda yaradaraq heyvanları öldürmək istəmirəm və buna görə də artıq natural xəz dəri almaqdan imtina edirəm. Bu düzgün deyil” - deyə öz müsahibəsində bildirib.

Əvvəllər belə bir təşəbbüslə digər məhşur moda evləri də çıxış etmişdilər. Natural xəzdən imtina edən moda evləri sırasına “Armani”, “Calvin Klein”, “Gucci”, “Hugo Boss” və “Ralph Lauren” kimi brendlər daxildir.