13 mart 2018 00:18
1173

Bu yazın dəbləri

2018 -ci ilin yaz - yay trendləri yəqin ki, hər kəsə məlumdur.  Qaldı bircə bu siyahıda sizə lazım olanları seçmək. Məlumdur ki, bugünkü tendensiyanın yarısından çoxu bizə keçən ildən qalanlardır. Təbii ki, yeniliklər də mövcüddur. Qərara gəldik ki, sizə mövsümün əsas dəbi ola biləcək əşyaların siyahısını təqdim edək. Deməli belə:

Sarı geyimlər

Hər kəsə məlumdur ki, bu ilin əsas dəbli rəngi - bənövşəyi rəngdir. Lakin bizdə başqa bir informasiya var: yazın əsas rəngi sarı rəng olacaq. Bu rəngin köməyi ilə vitamin D çatışmazlığını aradan götürmək mümkün olacaq. Bundan başqa, bu təravətli rəng diznayerlərin diqqət mərkəzindədir, deməli, yeni kolleksiyalarda sarı rəngdən əsaslı şəkildə istifadə olunacaq.

Beretlər

Rəsmi şəkildə bildiririk: daha heç bir şlyapaları, kepkaları almağa ehtiyac yoxdur. Bu gündən etibarən əsl Paris xanımı kimi geyinəcəyik. Bəs bu geyimin əsas aksessuarı nədir? Əlbəttə ki, beret. Praktiki olaraq hər bir stil ikonasının qarderobunda beret öz yerini tutur.

Enli cinslər

Cinslərdə olan yeni dəbin müsbət cəhəti onun rahatlığıdır.  Lakin onu da qeyd etmək lazımdır ki, dar cinslər hər kəsin qarderobunda var və hər zaman da dəbdə olacaq, lakin enli cinslər cəmi bir-iki fəsil dəbdə qala bilər. Bütün bunlara baxmayaq bir fəsil  belə enli cinslərin dəbdə olması yetəri qədər rahatlıq və hansı mənada yeni hisslərə səbəb olacaq.

Midi - ətəklər

Daha bir yüksək səsli xəbərdarlıq: Midi - ilin uzunluq vahididir. Qısa ətək əsri demək olar ki, sona çatır. Heç bir dəb həftəsində dizdən uzun ətəklərin olmadığı bir göstəriş olmayıb. Midi ətəklər hər bir vəziyyətdə və havada aktualdır. Gündəlik və gecə ziyafətləri üçün də uyğundur.

Bəbir dərili paltolar

Bağışlayın, məhz bu üst geyimləri ilin hitidir. Bilimirik kimi günahlandıraq, lakin dizaynerlər öz kolleksiyalarında bu dərilərin rəsmindən istiafdə ediblər.  “Bəbir” daima gedib qayıdan bir dəbdir, buna görə də biz onu çox xoşlayırıq. Məhz elə bu sevgidən daimi zərifliyin məxzi qalır, dəyişən isə quruluş olur.

Kiçik dabanlı çəkmələr

Nyu - York, Milana və Paris kiçik dabanlı ayaqqabılara yer ayırır. Belə bir daban  birinci mövsüm deyil ki, dəbdədir, lakin sonuncu dəfə nə vaxt olduğunu da deyə bilmərik.  Bir çoxları üçün bu ilki ayaqqabı dəbi həddindən artıq qəribə görsənə bilər, lakin  dəbli xanımlar heç nədən qorxmurlar.

Könül Əliyeva, “İki sahil”