13 mart 2018 00:36
1175

Yeni “Zenvo TSR-S”

Danimarkanın “Zenvo Automotive” şirkəti Cenevrə avtomobil sərgisi çərçivəsində yeni hiperkarını təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, “Zenvo TSR-S” modeli artıq trek yox, ümumi yollar üçün nəzərdə tutulub.

Kapotun altına 5.8 litrlik V8 tipli mühərrik yerləşdirilib. İki kompressorun hesabına aqreqat 1193 at gücü hasil edir. Mühərrik 7 pilləli sürətlər qutusu ilə hərəkətə keçir. Hiperkar arxa ötürücülüdür.

Mühərrik iki rejimdə işləyə bilir. Birinci “Minimum” rejimdə aqreqat 710 at gücü hasil edir. “Maximum” rejimdə isə aqreqat tam gücü ilə, yəni 1193 at gücü ilə işləyir.

Yerindən 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. 200 km/saat sürət üçün 6.8 saniyə tələb edilir. Avtomobilin maksimal sürəti 325 km/saatdır.
Qeyd edək ki, şirkət il ərzində cəmi 5 model istehsal edəcək.