20 yanvar 2018 01:07
1504

"McLaren" "Lamborghini Urus"la rəqabətdən imtina etdi

"McLaren" şirkəti "Lamborghini Urus" modelinə rəqib olacaq krossover istehsal etmək niyyətində deyil.

Bunu şirkətin şef-dizayneri Den Perri- Uilyams "Top Gear" jurnalına verdiyi müsahibədə deyib. Onun fikrinə görə, krossoverlər idman üslublu deyil.

Perri-Uilyams əlavə edib ki, krossoverlər və yolsuzluq avtomobilləri şirkətin dizayn-konsepsiyasına uyğun deyil. Bunun əvəzinə "McLaren" yeni idman avtomobilləri istehsal edəcək.

Şirkət 2022-ci ilə qədər 15 yeni model və onların versiyasını istehsal edəcək. Bu işə 1 milyard funt sterlinq xərclənəcək.

"McLaren"in ən son modeli idmançı Ayrton Sennanın şərəfinə istehsal edilən "Senna" modelidir. Model cəmi 500 ədəd istehsal ediləcək. "McLaren Senna" modelinin qiyməti 750 min funt sterlinq olacaq.