19 yanvar 2018 01:16
1694

"Nissan" yeni krossoverini təqdim etdi

Detroyt şəhərində keçirilən avtomobil sərgisində "Nissan" şirkəti yeni krossoverini təqdim edib.

"Ölkə.Az" xəbər verir ki,"Xmotion" krossoverində bir sıra dizayner həlli öz əksni tapıb.

Hələlik seriya istehsalı barədə söhbət yoxdur. Amma avtomobilin xarici görünüşü təqdirəlayiqdir. 

Radiator şəbəkəsinin yeni forması və U obrazlı fənərlər xüsusilə diqqət çəkir.

Avtomobilin salonu da maraqlıdır. 6 oturacaq və 3 cərgə yenilikdir.