14 dekabr 2017 00:04
867

60 milyon illik skelet tapıldı

Yeni Zelandiyada müdhiş kəşf

Yeni Zelandiyanın Hampden sahilində bir qayanın içində 60 milyon il əvvələ aid pinqvin skeleti tapılıb.

"Ölkə.Az" xəbər verir ki, tapılan skelet nəhəng pinqvinlərə məxsusdur.

1.77 sm boyu olan pinqvinlərin çəkisi 100 kq-a yaxın olub. Hazırda isə "imperator pinqvin"lərin boyu maksimum 1.20 sm-ə qədərdir.

Tədqiqatçılar bildirir ki, 60 milyon il əvvəl yaşayan pinqvinlərin dərisi ağ-qara yox, tünd qəhvə rəngli olub. Alimlər yeni kəşf edilən pinqvin növünə "Kumimanu Biceae" adı veriblər.

Ehtimal edilir ki, nəhəng pinqvinlər 20 milyon il əvvəl tarix səhnəsindən silinib.