14 dekabr 2017 01:51
2164

Dünyanın ən yaşlı köpək balığı

Danimarkada tədqiqat aparan elm adamları 512 yaşlı köpək balığı aşkar ediblər.

"Ölkə.Az" xəbər verir ki, bu, həyatda olan ən yaşlı onurğalıdır.

Şimali Atlantika və Arktika dənizlərinə səfər edən alimlərin kəşf etdiyi köpək balığının uzunluğu 5.5 metrdir. Qrenlandiya köpək balığı cinsinə aid edilən bu balıq, 512 ildir ki, yaşayır. Alimlər bildirir ki, bu növə aid köpək balıqları hər il bir sm böyüyür.

Qrenlandiya köpək balıqları soyuq sularda və Qrenlandiya ətrafındakı dənizlərdə, Kanadadan Norveçə qədər olan ərazidə yaşayırlar. Əsasən 2.5 km dərinlikdə yaşayan köpək balıqları ən uzun ömürlü canlılardandır.

Qeyd edək ki, 2016-cı ildə 400 yaşlı Qrenlandiya köpək balığı tutulmuşdu.