07 dekabr 2017 00:44
827

"Hamını aldatdım"

Ancelina Coliyə bənzəmək istəyən qadının etirafı — "Hamını aldatdım"

İranda Ancelina Coliyə bənzəmək üçün ən azı 50 dəfə plastik əməliyyat olduğunu və pəhrizlə çəkisini 40 kiloya saldığını deyən Səhər Təbər hamını aldatdığını etiraf edib.

"Ölkə.Az" xəbər verir ki, Səhər "sadəcə əylənmək üçün fotoşopdan istifadə etdim"-deyib.

Təbər bu gün verdiyi açıqlamada fotolarının fotoşoplu olduğunu və əslində Ancelinaya bənzəmək niyyətinin olmadığını etiraf edib. 19 yaşlı iranlı qız deyib: "əylənmək üçün etdim. Fotoya diqqətlə baxanlar fotoşop olduğunu başa düşdülər və mən də bunu etiraf etmək istədim. Kiməsə bənzəmək kimi niyyətim yoxdur".