07 dekabr 2017 01:33
836

Britaniyalı qadın çilçıraqla nişanlandı

Britaniyada qeyri-adi hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, Lids şəhərinin sakini Amanda Liberti iki çilçıraqla münasibətdə olduğunu və onlardan biri ilə nişanlandığını bildirib.

Qadın "Lyumer" adlı çilçırağı "eBay"dan bir il əvvəl 400 funta satın alıb. Bu, ilk baxışdan məhəbbət idi. Amanda bildirir ki, Lyumer Almaniyada idi və onu gətirmək elə də asan deyildi: "Mən daim Lyumer haqqında düşünürdüm. Onun gözəl formaları məni məftun etmişdi. Çilçıraqdan gələn qeyri-adi enerjini hiss etdim. Amanda Sevgililər Günündə çilçırağa sevgisini etiraf edib.

33 yaşlı qadının kolleksiyasında 25 çilçıraq var. Qadın Lyumer qarşısında öhdəlik götürməyə hazırdır amma digər əşyalarla "sərbəst münasibət"dən imtina etmək niyyətində deyil: "Çilçıraqlardan heç biri məni qısqanmır. Mənim onları sevdiyimi anlayırlar. Məsələn, Lyumeri öpürəm və qucaqlayıram. Amma Cyuel ilə yatıram".