05 dekabr 2017 18:02
666

Avstriyada eynicinsli şəxslərin nikahına icazə verildi

Avstriya Konstitusiya Məhkəməsi eynicinsli şəxslərin nikah hüququnu tanıyıb.

Trend-in məlumatına görə, məhkəmənin qərarına əsasən, eynicinslilərin nikahı qadın və kişi arasındakı nikahla eyni qüvvədə hesab olunacaq.

Qeyd edək ki, Avropanın bəzi ölkələrində - Almaniyanın bəzi vilayətlərində, Hollandiyada və b. eynicinsli şəxlərin nikahı qanunla mümkündür.