Menu
  • 22-11-2018
      • Bakı +10+12

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

Yazarlar

“Yurd” şefi son kartlarını oynayır

01-03-2016 [ 12:33 ] [ oxunub:1182 ]
A+ | A-

Razi Nurullayevin qarşısına Əli Kərimlinin beş-altı vəkillə çıxması onun son kartlarını oynadığını göstərir

Ə.Kərimlinin bu gün Azərbaycan xalqına qarşı qərəzli mövqe tutmasını təsadüfi hesab etmək olmaz. Yəni bunun tarixi, həm də dərin kökləri var. Qısası, onu siyasətə gətirən erməni mənşəli dostlarından aldığı təlimatlar bu gün də dəyişməz qalmaqdadır.

Araşdırmalar onu təsdiq edir ki, Əli Kərimlinin siyasi bossları, əsasən ermənipərəst şəxslərdən, konkret desək, ermənilərdən ibarət olub. Bu gün də Parisdə məskunlaşan Nersesyan Valeri Akopoviç Ə.Kərimliyə siyasətdə ayaqda qalması üçün maddi dəstək göstərir. İri şirkət sahiblərindən olan V.Nersesyan müxtəlif siyasiləşmiş QHT-lər vasitəsilə «Yurd» şefinə maliyyə vəsaitləri göndərir. Qeyd etmək yerinə düşər ki, V.Nersesyan vaxtilə Bakı şəhər Kirov Rayon Partiya Komitəsinin birinci katibi işləyib. 1987-1988-ci illərdə Marat Allahverdiyevin vasitəsilə Ə.Kərimli ilə tanış olub. Dəfələrlə V.Nersesyan Bakı Şəhər Partiya Komitəsi sədrinin birinci müavini işləmiş Ayrepetov Boris Aşotoviçdən Ə.Kərimli üçün şəraitlər yaradılmasını xahiş edib. Məhz bu xahişlərə görə də B.Ayrepetov Ə.Kərimliyə Kirov rayonunda 4 otaqlı mənzil verib. Eləcə də Ə.Kərimlinin maddi təminatının yaxşılaşdırılması üçün o dövrün pulu ilə 35 min manat pul yardımı göstərib. Demokratiyadan dəm vuran, amma bütün addımları antidemokratik olan AXCP sədri üçün əsas məsələ xarici ermənipərəst dairələrdən aldığı ianələrdir. Əslində, partiya üzvlərinə qarşı repressiv davranışların arxasında da məhz həmin pulları əldən verməmək arzusu dayanıb. AXCP-də son dövrdə baş verənlər bu təşkilatda Əli Kərimli «epoxa”»sının sona yetmək üzrə olmasından xəbər verir. Guya partiyanın «monolit”»liyini qorumaq istəyi Ə.Kərimlinin son kartlarını oynadığını göstərir.

Ə.Kərimlinin hazırda ətrafında ciddi bir siyasətçi də qalmayıb. Bunun fərqində olan Ə.Kərimli öz mövcudluğunu qorumaq, ya da xaricdəki antimilli təşkilatlara müəyyən mesajlar vermək üçün birbaşa özünün nəzarət etdiyi «Azadlıq» qəzetinin ümidinə qalıb. AXCP-nin adına  iddialı yeni sədr R.Nurullayev də bu məqama diqqət çəkərək qeyd edib ki, Ə.Kərimlini yalnız «Azadlıq» qəzeti müdafiə edir: «Bu onu göstərir ki, o, artıq ictimai rəyə də təsir edə bilmir. Bu baxımdan hesab edirəm ki, cəbhəçilərin gələcək addımlarında bu amil öz rolunu oynayacaq...» İllərdir ki, təmsil olunduğu partiyanın adını alver predmetinə çevirərək antimilli mərkəzlərdən pul alan, qarşılığında isə dövlətimizə, xalqımıza qarşı aparılan kampaniyanın ön sıralarında səf tutan bu şəxs AXCP-nin əlindən çıxmasını həzm edə bilmir. Parçalanmış AXCP sədrləri  - Əli Kərimli və Razi Nurullayev arasında uzun müddətdir ki, cərəyan edən qarşıdurmalar məhkəmə çərçivəsində də davam edir. Əli Kərimli Razi Nurullayevə qarşı məhkəmə savaşında bir neçə vəkil tutub.

Razi Nurullayev bu kimi vəkillərin Əli Kərimliyə heç bir səmərə verməyəcəyini iddia edib. Çünki onun iddiaları əsassızdır və kimsədən qorxub-çəkinmir: "Bizim müdafiə olunmaq, ortaya faktlar çıxarmaq üçün ciddi əsaslarımız mövcuddur. Biz bu işə inanmışıq. Odur ki, qarşı tərəfin hüquqlarını kimlərin qoruması bizim üçün əhəmiyyətli deyil. İstəyir onların yüz vəkili olsun. Bu, bizi əsla qayğılandırmır. Bu işə başlamışıq və sona qədər gedəcəyik. Növbəti məhkəmə prosesində də lazım olan sənədləri hakimə təqdim ediləcək. Bizim də hüquqlarımızı qoruyan vəkillərimiz var. Hesab edirəm ki, indilikdə məhkəmə prosesinin getməsinin partiyanın fəaliyyətinə hər hansı neqativ təsiri yoxdur. Məhkəmə öz işi ilə, biz də öz işimizlə məşğuluq. Bu yolu da sona qədər gedəcəyik".

Göründüyü kimi, Əli Kərimlinin Razi Nurullayevin qarşısına beş-altı vəkillə çıxması Nurullayevin tükünü belə tərpətməyib. Çünki onun son anda Kərimlinin saxtakarlıqları və qanunazidd əməlləri barədə təkzibolunmaz faktları var.

Şəmsiyyə Əliqızı

DİGƏR YAZILAR