Menu
  • 01-12-2017
      • Bakı 8+11

  • 16-12-2017
    • $ 1.7001
      2.0032

1   2   3   4   5   6

Yazarlar
  • Şəfiqə Dadaşova

Ermənistan sosial-siyasi partlayışla üz-üzə

15-08-2017 [ 18:48 ] [ oxunub:118 ]
A+ | A-

Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Ölkənin siyasi partiyaları arasındakı çəkişmələrdən təngə gələn əhali problemlərin həllini gözləyir.  Son dövrlər işğalçı ölkədə əhalinin sayının azaldığına dair rəsmi rəqəmləri hər gün eşidirik. Ekspertlərin son araşdırmaları göstərir ki, ölkəni tərk edənlər arasında gənclər üstünlük təşkil edirlər.  Əhalinin xaricə axını, bu ölkənin təhsil sistemində xüsusilə ciddi problemlər yaradıb. Təsadüfi deyil ki, bu il Ermənistanda ali məktəblərə qəbul olunmaq üçün sənəd verən abituriyentlərin sayı da azalıb. “Joxovurd” qəzetinin yazdığına görə, əgər ötən il ali məktəblərə 17 min 649 abituriyent qəbul olunubsa, bu il rəqəm 8 min 266-ya enib. Nəticə etibarilə  dövlət ali məktəblərində hələ də 11 min 375 vakant yer qalıb. Bununla yanaşı, Ermənistanda bir çox ixtisaslar sıradan çıxmaq ərəfəsindədir, çünki həmin ixtisaslara abituriyentlər sənəd vermir.

Abituriyentlərin sayının azalması miqrasiyanın artması ilə əlaqələndirilir. İşsizlik, səfalət və miqrasiya təhsil sistemini də iflic duruma salıb. Rəsmi statistikaya görə, işğalçı ölkədə 2017-ci ilin birinci rübündə işsizliyin səviyyəsi 19 faiz yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Ermənistanda əmək qabiliyyətli əhalinin 228,4 min nəfəri işsizdir. Erməni əhalisinin xaricə miqrasiya etməsinə gəlincə, əgər 2016-cı ildə ölkəni 48 min insan tərk edibsə, bu ilin sonuna qədər bu rəqəmin 50 minə çatacağı proqnozlaşdırılır.  

Heç kimdə şübhə doğurmur ki, Ermənistanda vəziyyətin gərginləşməsinin bir səbəbi də onun işğalçılıq siyasətinin davam etdirməsidir. Son illər Ermənistan ordusunda baş verən özbaşınalıq, hərbi xidmətdən qaçma hallarının çoxalması bir daha göstərir ki, artıq əhali illərdir davam edən işğalçılıq siyasətindən narazıdır. Övladlarının onlara məxsus olmayan torpaqlarda ölmələri valideynləri əməlli-başlı narahat edir.

Görünən odur ki, Ermənistanda ictimai-siyasi gərginlik artıq yuxarıdan aşağıya doğru sürətlə yayılmaqdadır. Buraya ölkənin son illərdə beynəlxalq müstəvidə Azərbaycanın qarşısında ard-arda siyasi məğlubiyyətə uğramasından yaranan təlaş və gərginliyi də əlavə etsək demək olar ki, Ermənistan real sosial-siyasi partlayışla üz-üzə qalıb.

Şəfiqə Dadaşova