KÖŞƏ

Vəli İlyasov

Siyasi möhtəkirlik və yenə də Əli Kərimli...

31 oktyabr 2017 23:01
3415

Qulaqlarında ölkəmizin qazandığı yeni bir uğurun sədası bomba kimi partlayan başabəla müxalifətin  və onun baş züytutanı Əli Kərimlinin dincliyi  neçə müddətdir ki, tamamilə pozulub. Nəhayət, Bakı- Tbilisi- Qars dəmir yolu kimi dünyanın yüz iri layihəsindən birinin icrasının başa çatdığı günlərdə baş qaragüruhçu Əli Kərimli  və qolbəyləri öz zəhərlərini xaric etmək üçün paytaxt sakinlərini meydana çağırdılar. Üç  milyondan çox əhalisi olan paytaxtda onların çağırışına yalnız bir neçə siyasi qurumu bir neçə  yüz  üzvü  səs verib. Artıq hamıya məlumdur ki, həmin “paytaxt sakinləri” müxalif siyasi qürumların həmişəki ştatlı,  pullu mitinqçiləridir. Axı, onlara vəd verilib ki, mitinq qurtarandan sonra onlara pul paylanacaq, o da kimə çata, kimə çatmaya. Sözün qısası, Əli Kərimlisindən tutmuş seyrçilərin hamısı mitinqə  pul iyinə toplaşmışdılar. Söhbətin əsas məğzi də elə bundan ibarət idi.

Baş züytutan Əli Kərimli mikrofonu götürüb başladı, nə başladı.  Bir az pafosla, bir az da ağıçı məharəti ilə bir ağlaşma qurdu ki, gəl görəsən. Müstəqilliyimizdən keçən iyirmi altı ildə qazanılan uğurları “unudan” qara eynəkli şəkkak AXCPçi iqtidarın gördüyü işlərdən danışmaq istəmədi. Çünki külli miqdarda pulu ona görə verirlər ki, narazı söhbətləri ilə xalqı iqtidara qarşı qaldırsın. Bu da mümkün olan iş deyil. Bunu Əli Kərimli özü də əlinin içi kimi görür və bilir.     Ancaq pul hərisliyi vadar edir ki, vicdanı, həqiqəti bir kənara atıb şər-böhtan və qarayaxmalarla milyonlara sahib olsun.

Analoqu olmayan pul hərisi Əli Kərimli başqalarına hərzə-hədyan yağdırmaqdansa dönüb özünə tamaşa eləsə daha yaxşı olardı. Hələ də anlamaq istəmir ki, onun bütün mitinqlərdə söylədiyi naftalin iyi verən fikirlər heç kəsə lazım deyil və onu ciddi qəbul edən yoxdur.  Azərbaycan xalqına xəyanət hesabına xarici ağalarından aldığı pullarla kefcil həyat keçirən bu adamın gözləri milyonlardan doymur. Ancaq mitinqdə timsahvari göz yaşları axıdaraq guya xalqın halına yandığını söyləyir. Oktyabrın 28-də keçirilən mitinqdə o, korrupsiyada,  polisə silahlı müqavimət göstərməkdə, konkret cinayət törətməkdə, xalqına xəyanətdə və zərərli dini fəaliyyətdə təqsirləndirilərək həbs edilən cinayətkarları “siyasi məhbus” adlandırmaqla Avropadakı antiazərbaycanlılara dəstək verdiyini açıq nümayiş etdirdi. Xalqımız Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışını qeyd etməyə hazırlaşdığı bir ərəfədə Əli Kərimli və başçısı olduğu qrup düşmən münasibətlərini etiraz mitinqi ilə bildirdilər. Təbii ki, bu, Əli və onun kimilərin xain xislətindən irəli gəlir.

Əli Kərimli mitinqdə bildirdi ki, guya mitinqə on min insan təşrif gətirib. Yada salaq ki, o, əvvəlki illərdə də  bir neçə mitinqdə “on min”   rəqəmini xüsusi vurğulayırdı. Sonra faş olurdu ki, on min nəfər üçün ağaları ona yüz min dollar verirlər. O da həmin pulun bir qədərini iştirakçılara paylayır, böyük hissəsini isə özü mənimsəyir. Bu mətləbə görə, hər dəfə ağalarına mesaj verir ki, mitinqə on min nəfər gəlib, yəni sirariş yerinə yetirilib. Amma qolbəylərindən pul oğurlamaqda yolu daşlı-kəsəkli də olub.  Bəzən haramlıqla mənimsədiyi pullar üçün həmməsləkləri tərəfindən əməlli-başlı  başağrısı da çəkməli olub. Ancaq Əli Kərimli üçün önəmli olanı çoxlu puldur, başağrısı yox.   Bu yolda o, hər şeyə hazırdır, təki cibi dolu olsun.