16 iyul 2018 19:34
1226

"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq

"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək.

İyulun 18-i saat 21:00-da start götürəcək qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, Lyublyanadakı ilk oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatmışdı.