Menu
  • 22-11-2018
      • Bakı +10+12

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

İDMAN

Ronaldo yeni rekord müəyyənləşdirib

22-10-2018 [ 08:33 ] [ oxunub:509 ]
A+ | A-

AZƏRTAC

Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirib

22.10.2018 [05:21]İDMAN

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Dünən İtaliya A Seriyasının 9-cu turunun "Genoa" ilə oyununda (1:1) fərqlənən İtaliyanın “Yuventus” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 400 qol vuran ilk oyunçu kimi futbol tarixində yeni rekorda imza atıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərədə 84, "Real"la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapan 33 yaşlı forvard yubiley qolunu İtaliya çempionatında vurub. Kriştiano Ronaldonun adı builki “Qızıl top”a namizəd olan futbolçuların siyahısındadır.
Xatırladaq ki, Ronaldonu bu göstərici üzrə 389 qolla "Barselona"nın hücumçusu Lionel Messi izləyir.

DİGƏR XƏBƏRLƏR