23 yanvar 2018 20:56
1362

Çox varlı klublar ən yaxşı oyunçuları alır

UEFA Prezidenti Aleksandr Çeferin futbolda rəqabət balansının qorunması kursuna sadiq olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, o, çox varlı klubların bütün ən yaxşı futbolçuları transfer etdiyini və bunun qarşısının alınmalı olduğunu qeyd edib.

Sloveniyalının sözlərinə görə, UEFA klubların sahibləri ilə Avropa futbolunda agent komissiyalarına və oyunçuların maaşlarına yüksək həddə qadağalar tətbiq edilməsini müzakirə etməyi planlaşdırır.

Yeni qaydalara riayət etməyən klublar israfçılıq üçün vergi ödəməli olacaqlar.