22 iyun 2017 21:10
307

Çexiya klubu "Neftçi"də icarədə olan futbolçusunu geri qaytardı

Çexiyanın "Slovan" klubu "Neftçi"də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski açıqlama verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda "Slovan"ın heyətində növbəti mövsümün hazırlıqlarına qoşulacaq. Hazırda əlində iltihab yarandığı üçün Folprext məşqlərdən kənarda qalıb.
Qeyd edək ki, Zdenek Folprext "Neftçi"yə qışda icarə əsasında cəlb olunub. O, Premyer Liqada 13 oyuna 1 qol vurub.